Qazax Rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün “Uşaqların sevinci” adlı bayram şənliyi təşkil edilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün "Uşaqların sevinci” adlı bayram şənliyi təşkil edilib. Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlam, firavan həyat və dərslərində uğurlar arzulayıb.
Sonra uşaqlar "Heydər babanın nəvələriyik” mahnısını oxuyub, şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.
Bayram şənliyi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə uşaqlar üçün açılmış bayram süfrəsi arxasında davam etdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş