Qazax Rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri bu gün də davam edib
Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə
"Tarix yazan və yaradan lider” başlığı altında təşkil edilmiş "Açıq qapı” günləri
bu gün də davam edib. 07 may 2022-ci il tarixində rayonun bir sıra təhsil
müəssisələrinin, idarə və təşkilatların rəhbər və əməkdaşları Ulu Öndərin abidəsini
və Muzeyi ziyarət etdilər. Mayın 7-də təşkil olunmuş "Açıq qapı” günlərində "Socar
Petroleum” QSC-nin 07 saylı Qazax Neft Terminalı bazasının, 28 nömrəli Yol
İstismarı MMC-nin rəhbər və əməkdaşları, V.Süleymanov adına Qazax peşə
liseyinin, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin,
Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri,
Qazax Rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və fəal
oxucular, Gədəbəy Rayon Gənclər və İdman İdarəsi və X.İsmayılov adına 2 saylı
Slavyanka kənd tam orta məktəbin şagirdləri, Qazax Rayon Səhiyyə Şöbəsinin bir
qrup əməkdaşı Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin abidəsi
önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar. Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzə daxil
olub, fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi
ilə, fotostendlərlə tanış olub, mühazirələr dinləyiblər. Ulu Öndərə həsr
edilmiş filmlərə baxıblar. "Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd düşüncələri,
biliyi, uzaqgörənliyi ilə xalqın "Millət atası”na çevrilən Heydər Əliyevin tarixin yaddaşında iz qoymuş xidmətlərinin gələcək nəsillərə
çatdırılması və təbliğ edilməsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş