• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dahi xilaskarımız - Heydər babamız” adlı tədbir keçirilib


Dekabrın 10-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Dahi xilaskarımız - Heydər babamız” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin şagirdləri və müəllimləri, mərkəzin kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərkəzin direktoru Ceyhunə Hüseynova şagirdlərə Ulu Öndər Heydər Əliyev haqqında geniş məlumat verərək bildirib ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan üçüncü minilliyə uğurla qədəm qoydu. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixardır. Heydər Əliyev Yeni Azərbaycanın qurucusudur. O, bütün mənalı ömrünü bu quruculuğa həsr etmiş və hər zaman da bununla fəxr etmişdir.

Məktəbin müəllimi Aynur Mahmudova çıxış edərək Azərbaycanın müstəqilliyində və inkişafında misilsiz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin həyat yolundan və siyasi fəaliyyətindən danışıb. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi ilə Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmiş və xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır.

Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş tədbir məktəblilərin çıxışları ilə davam etdirilib.  Məktəblilərdən Mirvari Kosayeva, Ayşə Eyubova, Aygün İsmayılova, Rauf Mustafayev, Uğur Manafov Heydər Əliyevin mənalı ömrünü, heyrətamiz siyasi fəaliyyətini özündə əks etdirən şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

















 

GOYEZEN.AZ



Facebook-da paylaş