Qazaxda ”Həm siyasi lider, həm də zəfər çalmış sərkərdə - İlham Əliyev” adlı tədbir keçirilib
Oktyabrın 15-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk
dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ”Həm siyasi
lider, həm də zəfər çalmış sərkərdə - İlham Əliyev” adlı tədbir keçirilib. Tədbir Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş
monitorda Qazax Rayon Heydər Əliyev Mərkəzinin hazırladığı Prezident İlham
Əliyevin 18 illik siyasi fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb,
tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyev və Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin siyasi
fəaliyyətindən bəhs edən "Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu
davamı” mövzusunda geniş məruzə ilə çıxış edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova çıxış edərək
bildirib ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin
76 faizdən çoxu İlham Əliyevə səs verdi. Bununla da xalq öz səsini Ulu Öndər
Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına
verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər
Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən
xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan
xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin
tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını
göstərdi. İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu
uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi mayor Xəyyam Əliyev çıxış
edərək Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən
bəhs edib. O, bildirib ki, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu
istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin
artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi
dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi
quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu
dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun
döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Məhz güclü ordu
quruculuğu sayəsində cəmi 44 günə 30 illik işğalçılıq siyasətinə son qoyuldu. Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərəkPrezident İlham Əliyevin xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdiyini
qeyd edib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün
sahələrdə sürətli inkişafına nail olunduğunu, insanların rifah halının daha da
yaxşılaşdığını vurğulayıb. Azərbaycanın siyasi, iqtisadi imkanlarının genişləndirildiyini,
ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirildiyini və 30 il ərzində
pozulmuş ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.
YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə
Göyüşlü çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin
daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil
edir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın
layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli
inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya
ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.
Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə
yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli
istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın
bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın
dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır”.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev çıxış edərək ölkədə aparılan gənclər siyasətindən
bəhs edib. O, bildirib ki, gənclər siyasəti
sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir.
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental
faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin
potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata
keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin
gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi
yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin
uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən
gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin
aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait
yaradıb. Prezident İlham
Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı, qorunması, dünyada təbliği istiqamətində
gördüyü misilsiz işlərdən danışan Qazax Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Gülnaz Alişanova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas
missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən
şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən
soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə
azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi
torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan
dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını
daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq
Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz
aktuallığını təmin edir. Çıxışlarda ümumi
bir fikir ifadə olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi
Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə
yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan
addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə
qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal
altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri
boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən
müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və
Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham
Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi
bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq
kimi tanıtdı.
GOYEZEN.AZ
Tədbirdə
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə
Orucova, Vətən müharibəsi qazisi "Vətən uğrunda”, "Füzulinin azad olunmasına
görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif
olunmuş mayor Xəyyam Əliyev, Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qaratel Hacımahmudova adına şəhər
ümumi orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı
Qadınlar ŞurasInın sədri Yeganə Göyüşlü, Mehdi Hüseyn adına humanitar və
təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, YAP Qazax
Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, rayon mədəniyyət
müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər.
Facebook-da paylaş