Qazaxda “Cəmiyyətin qəddar düşməni - Narkomaniya” mövzusunda videokonfrans keçirilib
Mayın 26-da Qazax
Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği
və narkomanlığın ziyanı ilə bağlı gənclərin maarifləndirilməsi məqsədilə "Cəmiyyətin
qəddar düşməni - Narkomaniya” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısı
aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə
Cəfərova, Qazax Psixiatriya Xəstəxanasının həkim-narkoloqu Nahidə Osmanova, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin və
İlknur tədris mərkəzinin psixoloqu Vüsalə Hüseynəliyeva, Şəki şəhərindən
ictimai fəal gənc, Heydər Əliyev Siyasi Məktəbini Öyrənirik gənc liderlər
proqramının üzvü Tofiq Məmmədkərimov, Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam
orta məktəbin psixoloqu Afət Əsgərova, həmin məktəbin IX sinif şagirdləri və
rayon gəncləri iştirak ediblər. Mərkəzin direktoru
Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq videokonfransın məqsəd və əhəmiyyətindən
danışıb. Müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları
barədə məlumat verib. C.Hüseynova qeyd edib ki, narkomaniya ilə mübarizə sağlam
cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Narkomanlığa
qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Bildirib ki,
Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək 26 avqust 1996-cı il tarixli "Narkomanlığa
və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman
imzalamış və problemin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu
işlərin davamı olaraq bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev bu sahədə mövcud qanunvericiliyin təkmilləşməsində yeni Dövlət
Proqramının qəbuluna nail olmuşdur. 2007-2012, 2013-2018, 2019-2024-cü illərdə
müxtəlif Dövlət Proqramları qəbul edilmiş və bu proqramların hər biri maarifləndirmə
işinin təşkilində böyük rol oynayır. Sonra videokonfrans
iştirakçıları Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax
Psixiatriya Xəstəxanasının həkim-narkoloqu
Nahidə Osmanova, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin və İlknur tədris
mərkəzinin psixoloqu Vüsalə Hüseynəliyeva, Şəki şəhərindən ictimai fəal gənc,
Heydər Əliyev Siyasi Məktəbini Öyrənirik gənc liderlər proqramının üzvü Tofiq Məmmədkərimov,
şəhər 2 nömrəli tam orta məktəbin psixoloqu Afət Əsgərova çıxış edərək narkotik
vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gətirdiyi faciələr barədə
məlumat veriblər. Çıxış edənlər vurğulayıblar ki, sağlam düşüncəli insanlar dərk
edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, gələcəkdə törədəcəyi ağır
fəsadlar, xəstəlik, ölüm kimi böyük təhlükədir. Həmçinin, o da qeyd edilib ki,
insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat
və sağlamlığına böyük təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan
narkomaniya qlobal problemlər sırasında qalmaqdadır. Çıxışlarda ümumi fikir
ifadə olunub ki,yeniyetmə və gənclər bu zərərli vərdişlərdən uzaq durmalı və gənc
nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində
ölkədə həyata keçirilən islahatlardan yararlanmalıdırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş