• Təqvim

  • Maraq



“Dahi şəxsiyyət ömrünün səhifələri” başlıqlı onlayn tədbir keçirilib


Mayın 4-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Dahi şəxsiyyət ömrünün səhifələri” başlıqlı onlayn tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri, ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və Mərkəzin kollektivi iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında onlayn tədbir iştirakçılarına geniş məlumat verib. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə dahi siyasətçi Heydər Əliyevin daim Vətənin, xalqın tərəqqisinə, inkişafına çalışdığını, dövləti və dövlətçiliyi apardığı siyasətin əsası hesab etdiyini bildirib. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisinin Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdiyini qeyd edib. Azərbaycan xalqının hər zaman öz böyük xilaskarını dərin hörmət və ehtiramla xatırladığını və Azərbaycançılıq məfkurəsini, xalqımızın milli-mənəvi dəyərlərini yüksək qiymətləndirdiyi üçün hər an Ona minnətdar olacağını vurğulayıb.

 

Sonra Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova çıxış edərək dövlətimizin və dövlət başçısının Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Heydər Əliyev dühası Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Bu isə cəmiyyətin bütün sahələrində olduğu kimi təhsilə də öz müsbət təsirini göstərmişdir.

Sonra söz məktəblilərə verilib. Şagirdlərdən Ömər Zeynallı, Pəhlivan Abbasov, Çingiz Mustafaye, Ayxan Həsənov, Amin Kəfili, Dursun Allahverənov, Vilayət Mehdiyev, Aynurə Bənnayeva Ulu Öndərə həsr edilmiş şeirlər söyləyiblər.

 







 

GOYEZEN.AZ



Facebook-da paylaş