• Təqvim

  • Maraq



“Qəhrəmanlar yetişdirən Azərbaycan qadınları” mövzusunda videokonfrans keçirilib


Martın 3-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə övladları 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş Qazax Rayon Mədəniyyət müəssisələrində çalışan qadınların iştirakı ilə "Qəhrəmanlar yetişdirən Azərbaycan qadınları” mövzusunda videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən onlayn görüşdə Azərbaycan qadınının 1993-cü ilə qədər olan keşməkeşli həyatından, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə qadınlara göstərilən yüksək hörmət və ehtiramdan, qəbul edilmiş Konstitusiya ilə Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun qurulmasından söz açılıb. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında öz canını, qanını əsirgəmədən döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımızı xeyir-duası ilə yola salan analarımızın keçirdiyi fəxr hissindən danışılıb.


Videokonfrans iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən Azərbaycan qadın siyasətindən söz açıb. C.Hüseynova qeyd edib ki, Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Tarix XX əsrin sonlarında Azərbaycan qadınını yenidən sınağa çəkdi. Mənfur ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə təxribatlar törədən zaman minlərlə Azərbaycan qadını kişilərlə çiyin-çiyinə həm meydanlarda azadlıq uğrunda mübarizəyə qalxdılar, həm də Qarabağda düşmənə qarşı silaha sarıldılar. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadını layiq olduğu mövqeyə yüksəldi. Bu gün ölkəmizdə bu siyasətin uğurlu davamı olaraq qadın hüquqları etibarlı şəkildə qorunur. Qadın hərəkatının geniş vüsət almasında  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Müstəqil Azərbaycanımızın bütün sahələrdə inkişaf etməsi üçün Mehriban xanımın həyata keçirdiyi layihələr, gördüyü işlər hər bir Azərbaycan qadını üçün örnək və nümunə olmalıdır.

Sonra Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Sanılı Fərid Kənan oğlu və Sanılı Xəqani Kənan oğlunun anası Könül Sanıyeva, Hüseynov Qurban İlqar oğlunun anası Gülşən Hadıyeva, Vəliyev İsrafil Anar oğlunun anası Firuzə Vəliyeva, Qasımov İsmayıl Alı oğlunun anası Sədaqət Qasımova, Namazov Oqtay Vüqar oğlunun anası Sevil İbrahimova çıxış edərək qəhrəman oğulları ilə fəxr etdiklərini bildiriblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıblar. Dövlətimizin, dövlət başçısının hər zaman öz vətəndaşının yanında olmasından, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini çatdırıblar.






GOYEZEN.AZ



Facebook-da paylaş