• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Qəhrəman gənclər” mövzusunda videokonfrans keçirilib


Fevralın 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü ilə əlaqədar "Qəhrəman gənclər” mövzusunda videokonfrans keçirilib. Videokonfransda 44 günlük Vətən müharibəsində torpaqlarımızı yağı düşməndən azad etmək üçün qəhrəmanlıqla döyüşmüş gənclər,  rayonun ictimai fəal gəncləri və məktəb şagirdləri iştirak ediblər.

İlk olaraq Vətən müharibəsində şəhid olmuş igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. C.Hüseynova qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycan gəncliyinin təhsili, dünyaya inteqrasiya etməsi, müasir biliklərə yiyələnməsi və milli dəyərlərə sahib vətəndaş kimi tərbiyə olunması sahəsində böyük işlər görülmüşdür. Məhz bu diqqət və qayğının sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri böyük qəhrəmanlıq nümayiş etdirərək işğalda olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canlarını əsirgəmədən döyüşmüş və düşməni diz çökdürmüşlər. Bu gün isə qalib ölkənin qalib gəncləri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə yorulmadan çalışmaqdadırlar.

Sonra videokonfransda iştirak edən fəal gənclər Ülvi Zeynalov, Şəhadət Abbasov, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda şücaətlə döyüşərək yaralanmış qazi Kamil Nəsibov, könüllü olaraq döyüşlərə qatılmış Rüfət Yarəhmədov, Bəşir Həsənov, Turan Süleymanov çıxış edərək ölkəmizdə gənclər siyasətinin uğurla aparılmasından söz açıblar. Qalib ölkənin qalib gəncləri kimi dövlətin və dövlət başçısının siyasətini dəstəklədiklərini bildiriblər. Vətən, xalq, müstəqil Azərbaycan naminə Ali Baş Komandanın ətrafında bundan sonra da bir yumruq kimi birləşəcəklərini qeyd ediblər.
















GOYEZEN.AZ



Facebook-da paylaş