• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəmizin 100-cü gününə həsr olunmuş “Şəhidlər unudulmur” mövzusunda onlayn tədbir keçirilib


Fevralın 18-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəmizin 100-cü günü ilə əlaqədar torpaqlarımızın bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış igidlərimizin xatirəsinə  həsr olunmuş "Şəhidlər unudulmur” mövzusunda onlayn tədbir keçirilib.

Zoom platforması üzərindən rayon məktəblilərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan möhtəşəm qələbəmizdən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün öz canını fəda etmiş igid, qəhrəman oğullarımızın şücaətindən danışılıb, mövzuya uyğun şeirlər səsləndirilib.

Onlayn tədbir iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə məlumat verib və düşmən üzərindəki qələbəmizdən 100 gün ötdüyünü bildirib. Qeyd edib ki, artıq 100 gündən çoxdur ki, qalib, qürurlu bir xalq, dövlət kimi dünyaya qalib, məğrur bir xalq olduğumuzu sübut etdik. Bu qələbənin qazanılmasında Vətənin hər bir qarışını canı qədər sevərək Şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şəhidlərimiz qəhrəmanlıq simvolu, qeyrət salnaməsi, əbədi örnək təmsilçilərimizdir. Qəlblərdə azadlıq, istiqlal işığı yandıran, əsarət buxovlarını qırıb-dağıdan mərd igidlər, elin-obanın ən qeyrətli ərləri, xalqımızın vüqarı, millətimizin fəxridirlər.


Sonra söz məktəblilərə verilib. Onlayn tədbirə qonaq kimi qatılan Bakı şəhər Q.Abbasov adına 284 nömrəli tam orta məktəbin II sinif şagirdi Dərya Dəmirçizadə, Ağstafa rayon Q.Kərəm adına tam orta məktəbin V sinif şagirdi İsra İbrahimova, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi Nurlan Mehdiyev, Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Ayan Vəlizadə və I sinif şagirdi Bahar Vəlizadə, Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin IV sinif şagirdi Nəhayət Cahangirova, M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VIII sinif şagirdi Aysu Pənahova, Qazax rayon Aşağı Salahlı kənd tam orta məktəbin VI sinif şagirdi Fatimə Əliyeva şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. 

Tədbirin sonunda ümumi bir fikir ifadə olunub ki, Vətənimizin şəhidlərinin qanı ilə qazanılan müstəqilliyimizi, azadlığımızı göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi həyatda əsas məqsədimiz sanmalıyıq. İllər ötəcək, qərinələr keçəcək, hər birimizin qəlbimizdə əbədi məskən salmış şəhidlərimizin xatirələri əziz tutulacaq, hər zaman dərin ehtiramla yad ediləcəklər. Şəhidlər öz ölümləri ilə ölümsüzlük qazanıblar. Bundan böyük hünər, bundan böyük zirvə ola bilməz.







GOYEZEN.AZ



Facebook-da paylaş