Qazaxda “Zərərli vərdişlərdən yayının” mövzusunda onlayn rəsm müsabiqəsi təşkil olunub
Qazax Rayon Heydər Əliyev
Mərkəzi narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində Qazax Dövlət Rəsm
Qalereyası ilə birgə "Zərərli vərdişlərdən yayının” mövzusunda onlayn rəsm
müsabiqəsi təşkil edib. 16-22 iyun 2020-ci
il tarixlərində keçirilən müsabiqəyə rayon məktəbliləri qatılıblar. 26 İyun - Narkomaniya və
Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən bu müsabiqədə məktəblilər narkomaniyanın
insanlıq üçün böyük təhlükə olduğunu fırçanın və rənglərin dili ilə çatdırmağa
çalışıblar. Müsabiqəyə təqdim olunan
işlər Mərkəzin Facebook sosial şəbəkəsində paylaşılıb. Müsabiqə
iştirakçılarının qiymətləndirilməsi və seçilməsi üçün yaradılan beş nəfərdən
ibarət münsiflər heyəti tərəfindən rəsmlər içərisindən 3 nəfərin əl işi xüsusi
qiymətləndirilib. Bu gün Qazax Rayon Heydər
Əliyev Mərkəzində I, II, III yerin qaliblərinə və digər iştirakçılara Fəxri Fərmanların
təqdim edilməsi üçün tədbir təşkil olunub. Mərkəzin direktoru Ceyhunə
Hüseynova qalibləri təbrik edərək uğurlar arzulayıb. Sonra qalib iştirakçılar çəkdikləri
rəsmlərdə nə demək istədiklərini açıqlayaraq narkotik vasitələrin insan
sağlamlığı üçün zərərli olduğunu bir daha qeyd ediblər. Onu da qeyd edək ki, tədbir
koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə
yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən qəbul edilmiş sosial izolyasiya tədbirlərinə əməl edilməklə həyata
keçirilib. Tədbirdə 10 nəfərdən artıq iştirakçı olmayıb, həmçinin iştirakçılar
tibbi maska, əlcəklə təmin edilib və sosial məsafə gözlənilib. GOYEZEN.AZ
Facebook-da paylaş