Qazax Rayon Heydər Əliyev Mərkəzində ilk “Könüllülər" qrupu yaradılıb
Ötən yazımızda Qazax Rayon Heydər Əliyev Mərkəzinin "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətini daha da genişləndirməsi barədə məlumat vermişdik. Belə ki, Respublika Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsini rəğbətlə qarşılayan Mərkəzin kollektivi də "Könüllülər" qrupları yaratmaları barədə təşəbbüs irəli sürmüşdülər.
Bu gün ölkə Prezidentinin müvafiq Sərəncamının icrası məqsədilə Mərkəzdə yaradılmış "Könüllülər” qrupunun ilk toplantısı keçirilib. Mərkəzin kitaxanasında təşkil edilmiş görüşdə ilk olaraq könüllülərlə üç ay müddətində fəaliyyətləri üçün müqavilələr imzalanıb. 6 nəfər yaradıcı gənc seçilərək Mərkəzdə yaradılmış "Könüllülər” qrupunun üzvləri kimi qeydiyyatdan keçiblər. Müraciət edən gənclərdən Rəhimova Fəridə Yavər qızı, Hüseynova Ləman Bağır qızı, Yusifzadə Xəyal Vüqar oğlu, İlyasov Qalib Sadəddin oğlu, Şıxıyev İsmət Bəhruz oğlu və Abbasov Şəhadət Əsəd oğlu üç ay müddətində Heydər Əliyev Mərkəzində könüllülük fəaliyyətinə başlayıblar.
Görüş zamanı gənclərlə Mərkəzdə və Mərkəzdən kənarda Mərkəzin təşkilatçılığı ilə keçirilən bütün tədbirlərdə, "Könüllülər ili” ilə əlaqədar Mərkəz tərəfindən təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş layihələrdə iştirak etmələri, həmçinin yeni təkliflər və layihələr barədə geniş müzakirələr aparılıb. Könüllü gənclər tərəfindən irəli sürülən bir sıra təkliflər də Tədbirlər Planına əlavə edilib və əhəmiyyətli layihələrin yaxın müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş