“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi irsini təbliğ etməkdir
XX əsr dünyasında yaşamış, ömrünün 50 ilini Azərbaycana rəhbərlikdə
keçirmiş, daim siyasi həyatın içində və önündə olmuş Azərbaycan xalqının böyük
oğlu Heydər Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdəndir. Heydər
Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı
Azərbaycan üçüncü minilliyə inamla qədəm qoymuşdur. Məhz Ulu Öndərin fəal
diplomatiyası sayəsində dünyanın demokratik dövlətlərinin ölkəmizə və onun
zorla cəlb edildiyi silahlı münaqişəyə münasibəti dəyişdi. O, bizim dahi
müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixardır. Dahi
şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin
xüsusi rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon
Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək və Onun həyatını, siyasi
fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu
il də davam etdirir. Artıq ənənə
halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə
örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren
dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir
daha xatırlamaq, Heydər Əliyev məfkurəsini,
müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ
etməkdir. Bu məqsədlə rayonun bütün idarə, müəssisə və
təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan
işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan
parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz
xatirəsini böyük ehtiramla anırlar. Bugünkü "Açıq qapı” günündə isə Qazax Elektrik Şəbəkəsinin,
"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Rayon Gənclər və İdman İdarəsinin kollektivləri, BDU-nun Qazax filialının tələbələri, N saylı hərbi
hissənin əsgər və zabitləri müstəqil
Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində
abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin
qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks
etdirən kitab və jurnallardan ibarət "Zamanın
dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və
siyasi fəaliyyətinin hər bir anını əks etdirən mühazirələr dinləyib, filmə
baxıblar. Məlumat üçün qeyd edək ki, "Açıq qapı”
günləri dekabrın 12-dək davam edəcək. GOYEZEN.AZ
Facebook-da paylaş