Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları fiziki məhdudiyyətli insanları ziyarət ediblər
3 Dekabr -
Beynəlxalq Əlillər Günü 1992-ci il oktyabrın 14-dən BMT Baş Məclisi tərəfindən "Əlilliyi
olan insanların beynəlxalq günü” kimi qeyd edilməsi haqqında Bəyənnamənin qəbul
edilməsi ilə başlanmışdır. Bu günün qeyd edilməsində məqsəd fiziki qüsuru və ya
məhdudiyyəti olan insanlara diqqətin cəlb olunması və onların problemlərinin
həllidir. Azərbaycan da BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş
"Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial
müdafiəsi ilə bağlı həyata keçirilən
genişmiqyaslı tədbirlərin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
İnsan amili hər zaman istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də
Prezident cənab İlham Əliyevin apardığı siyasətin əsas hissəsini təşkil edib. Bu
baxımdan dövlətimizdə əlillərin sosial müdafiəsi ilə bağlı sosial proqramlar
hazırlanır, əlilliyin qarşısının alınması, onların reabilitasiyası, cəmiyyətə
inteqrasiyası sahəsində böyük işlər görülür. Bu gün Qazax Rayon
Heydər Əliyev Mərkəzinin və Mərkəzdə fəaliyyət göstərən şəhər kitabxanasının, Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq
Əlillər Günü qeyd olunub. Belə ki, Mərkəzin işçiləri fiziki məhdudiyyətli 1986-cı
il təvəllüdlü Məmişova Günay Rəsul qızını və 2009-cu il təvəllüdlü Əsgərzadə
Uğur Ramin oğlunu evlərində ziyarət edib, kiçik sovqatlarla onları sevindiriblər.
Qayğıya ehtiyacı olan həmin insanlarla həmsöhbət olublar. Günay fiziki
məhdudiyyətli olmasına baxmayaraq əl işlərinə böyük marağı olduğunu bildirib və
öz əl işlərini Mərkəzin işçilərinə böyük həvəslə nümayiş etdirib. Balaca Uğur
isə rəsmə həvəsli olduğundan Mərkəzin işçiləri tərəfindən hədiyyə edilən rəsm
ləvazimatlarını çox böyük sevinclə qəbul edib. İşçilərlə birlikdə rəsmlər çəkib.
Bu görüş həm uşaqlar, həm də valideynlər tərəfindən yüksək qiymətləndirilib və
bu cür ziyarətlərin onlara müsbət təsir göstərdiyini söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş