• Təqvim

  • Maraq



"Tale mənə şairliyi könül dostu verib"


Respublika mətbuatı Qazax haqqında

Fevralın 18-də müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Xalq şairini evində ziyarət ediblər.

Ölkəmizdə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən saz-söz adamlarına, şairlərə, yazıçılara verilən qiymət, dəyər yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanması, elə həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir.

İcra başçısı və millət vəkili Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar adından səmimi-qəlbdən təbrik ediblər. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıblar. Müstəqil Azərbaycanımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıblar.


Şairin "Dostlar gözləyir məni", "Qız ürəyi", "Haradasan", "Qaraca Çobanın hekayəti", "Sizdən ayrılmadım", "Könlüm şeir istəyir", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Mənim gecəm-gündüzüm", "Nabat xalanın çörəyi", "Sən bağışladın", "Bir az möhlət istəyirəm ömürdən", "Fikir eləmə", "Kimin sualı var?", "Seçilmiş əsərləri", "Mənim nigahımı pozdu təbiət", "Bütün millətlərə", "Taleyin töhfəsi", "Gəlimli-gedimli dünya", "Pompeyin yürüşü", "Azərbaycan ensiklopediyası", "Poylu beşiyim mənim", "Nuru Paşa" adlı kitabları işıq üzü görmüşdür.

"Nəriman", "Zümrüd quşu", "Kimin sualı var?", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Midiya sarayı", "Bəyanət", "Həsrət", "Vətənsiz", "Heybədə gəzən şeir", "Şahid ol, günəş", "Rəsul Həmzətova məktub", "Şəhid atası Şərif qağaya məktub", "Qafqaz", "Cavid", "Qaçaq Kərəm", "Səfirə", "Xarı bülbül", "Azadlıq himni" adlı poemaların, "Nabat xalanın çörəyi" povestinin müəllifidir.

"Tale mənə şairliyi könül dostu verib", - deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi "dostu" ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucularını sevindirəcək.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri,

18 fevral 2025-ci il

https://respublika-news.az/az/news/tale-mene-sairliyi-konul-dostu-verib 




Facebook-da paylaş