• Təqvim

  • Maraq



Kəmərli kəndi sərhəddə yerləşsə də...

Kəmərli kəndi sərhəddə yerləşsə də...
Qazax rayon İcra Hakimiyyəti Başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabatında kənddə bütün problemlərin həll edilməsindən danışılıb.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

RİHB-nın Kəmərli kənd İƏD-si üzrə nümayəndəsi Səməd Orucovun hesabat məruzəsində qeyd olunan rəqəmlərdə bu sözlər öz əksini tapıb.

Qeyd olunub ki, Azərbaycanın bütün bölgələri kimi, Qazaxın inkişafına da Prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilmişdir. Dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişmiş, rayonumuz respublikanın abad, gözəl bölgələrindən birinə çevrilmişdir.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 5 dəfə Kəmərli kəndində olmuş, sakinlərlə keçirdiyi görüşlərdə əhalini narahat edən problemlərin həll edilməsi üçün tapşırıqlar vermişdir.

Məruzəçi bildirib ki, Kəmərli kəndinin inzibati ərazisi 3887 hektarlıq bir sahəni əhatə edir. Ərazidə 813 təsərrüfat, 3172 nəfər əhali yaşayır. Əhalinin 1569 nəfəri kişilər, 1603 nəfərini isə qadınlar təşkil edir. Nümayəndəliyin ərazisində 1 xəstəxana, 2 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 1 kitabxana, poçt və ATS fəaliyyət göstərir.
Kəmərli kəndi sərhəddə yerləşsə də...

Hesabat ilində görülmüş işlərdən söz açan S.Orucov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə 1 ədəd subartezian quyusu qazılmış, uzun müddət elektrik xəttinə qoşulmayan, balansa alınmayan 1 ədəd qazılmış subartezian quyusu isə elektrik xəttinə qoşularaq 1300 metr su xətti çəkilmişdir. 8 ədəd subartezian quyusunun nasosu və İncəsu nasos stansiyasının ventili təmir edilmişdir.

Kəndarası yollara qum-çınqıl tökülərək hamarlanmış, 1 ədəd keçid körpüsü təmir edilmiş və 3 ədəd su keçidinə dəmir boru salınmışdır. Asfalt örtüyünün kəndin mərkəzindən keçən hissəsində təmir işəri aparılmış, kənd ərazisində olan istismar müddətini bitirmiş 15 ədəd elektrik dayağı elektrik şəbəkəsi tərəfindən yenisi ilə əvəz olunmuşdur.

Kənd sakinlərinin suvarma suyuna olan tələbatının ödənilməsini yaxşılaşdırmaq məqsədilə suvarma arxının 2,2 km hissəsi təmizlənmişdir. Kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır.

15 çarpayılıq Kəmərli kənd xəstəxanasında çalışan 24 nəfər həkim və tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanmışdır.

A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbində 106 nəfər şagirdin təlim-tərbiyəsi ilə 22 nəfər müəllimin məşğul olduğunu bildirən məruzəçi ötən il 4 nəfərin ali məktəbə, 1 nəfərin isə kollecə daxil olduğunu qeyd edib.

171 nəfər şagirdin təhsil aldığı A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbində isə 25 nəfər müəllim çalışır. Məktəbin məzunlarından cəmi 2 nəfərin ali təhsil məktəbinə, 7 nəfərin isə kolleclərə daxil olduğu bildirilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bu göstəricinin çox zəif olduğunu qeyd edərək mövcud vəziyyətin məktəbin pedaqoji kollektivində müzakirə olunmasını tapşırıb.

Qeyd olunub ki, əhali əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hazırda əhaliyə məxsus 1370 baş iribuynuzlu, 6010 baş xırdabuynuzlu heyvan vardır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanmaya üstünlük verilməsi üçün tərəfimizdən əhali arasında daim maarifləndirmə işləri aparılır.
Kəmərli kəndi sərhəddə yerləşsə də...
2017-cı ildə 525 hektarda taxıl biçini aparılmış, 1725 ton məhsul əldə edilmişdir. Bunun da 1600 tonu buğda, 125 tonu isə arpa məhsuludur. Bundan əlavə, 251 kq barama istehsal olunmuşdur. Baramaçılığın inkişaf etdirilməsi üçün kənd ərazisində 300 ədəd tut tingi əkilmişdir. 2018-ci ilin məhsulu üçün isə 560 hektara buğda, 90 hektar sahəyə isə arpa səpilmişdir. 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat subsidiya verilmişdir.

Əhaliyə məxsus pay torpaqlarının suvarılması üçün dövlət vəsaiti hesabına Kür çayından qalxan su nasos xəttinin müəyyən hissəsi təmir olunub işlək vəziyyətə salınmışdır. Həyətyanı torpaqların suvarılması üçün mövcud arxlar təmizlənmiş, əhalinin suvarma suyuna olan tələbatını ödəmək üçün 2 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Rayon İcra Hakimiyyəti tərəfindən tarixi və dini bayramlarda şəhid ailələrinə, tənha, kimsəsiz ailələrə bayram sovqatı paylanmışdır. Əhalinin 517 nəfəri qocalığa, 256 nəfəri sosial pensiya, 12 nəfər sosial yardım, 82 nəfəri isə müharibə veteranı kimi müavinət alır.

Hesabat dövründə 6 nigah, 13 doğum, 33 ölüm qeydiyyatı aparılmışdır.

Kənd ağsaqqallarından Rəhim Rəhimov, Məhəmməd Məmmədov, Kəmərli kənd həkim məntəqəsinin baş həkimi Lusya Babayeva, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Xanbağı kənd tam orta məktəbin direktoru Sərhəd Məmmədov, şair Mübariz Qaragözlü, sakinlərdən İnsafə Əhmədova və başqaları çıxış edib kənddə görülmüş işlərdən danışaraq qeyd ediblər ki, Kəmərli sərhəddə yerləşsə də bu gün kənddə heç bir problem, heç bir çatışmazlıq yoxdur. Bütün bunlara görə Ölkə Başçısına, rayon rəhbərliyinə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağına yekun vuraraq kənd sakinlərinə gələcək işlərində daha böyük uğurlar arzulayıb.

Elçin İSMAYIL

Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...
Kəmərli kəndi sərhəddə yerləşsə də...


Facebook-da paylaş