2025-ci ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
Dekabr ayında icra başçısının rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Canalı, Ağköynək kəndləri üzrə 531 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 15 müraciət qeydə alınmışdır.
Ümumilikdə, 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə, S.Vurğun, Z.Tağıyev, M.Hüseyn küçələri, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, İkinci Şıxlı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Kosalar, Cəfərli, Qarapapaq, Çaylı, Hüseynbəyli kəndləri üzrə 46 səyyar görüş keçirilmişdir. Şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.
Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.
2025-ci ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
S/S | Yaşayış məntəqəsinin adı | Qəbulun keçiriləcəyi ünvan | Qəbulun keçiriləcəyi tarix |
1 | Ürkməzli kəndi | Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəb | 09.01.2025 |
2 | Alpout kəndi | Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəb | 16.01.2025 |
3 | Xanlıqlar kəndi | Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəb | 23.01.2025 |
4 | Kəmərli kəndi | Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəb | 27.01.2025 |
Facebook-da paylaş