• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir ki, bu, bütün sahələrdə ön plana çəkilir. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. 

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Dekabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyevlə birlikdə Qazax şəhəri Murtuz Carçıyev küçəsində vətəndaşların transformatorla bağlı müraciətlərinə əsasən yerində baxış keçiriblər.



Facebook-da paylaş