Hərə bir ağac əksə, dünya cənnətə dönər
Respublika mətbuatı Qazax haqqında
Dekabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Qazax rayonunun Orta Salahlı kəndində keçirilən ağacəkmə aksiyasında 1000 ədəd Xan çinarı ağacı əkilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının İƏD üzrə nümayəndəlikləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdir.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri,
25 dekabr 2024-cü il, səhifə 16
https://respublika-news.az/az/news/1735110142-here-bir-agac-ekse-dunya-cennete-doner
Facebook-da paylaş