Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb YENİLƏNƏCƏK
Dekabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb.
“Qazax” şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, müharibə veteranları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri olan könüllülər, KİV nümayəndələri iştirak ediblər.
Qazax şəhər "Cümə” məscidinin imamı Zaur Budaqov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Facebook-da paylaş