• Təqvim

  • Maraq



Qazax RİH-də vətəndaş qəbulu keçirilib


Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri hər bir dövlət məmuruna nümunə olmaqla yanaşı, həm də iş fəaliyyətlərinin tərkib hissəsi olmalıdır. Bu, həm də onu göstərir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda da hər zaman öz əksini tapır. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.


Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Sentyabrın 6-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax şəhəri, Ağköynək, Çaylı, Yuxarı Salahlı, Birinci Şıxlı, Xeyrımlı, Aslanbəyli kəndlərindən müraciət etmiş 8 nəfər vətəndaşı qəbul edib, müraciətlərini dinləyib. 

Qəbul zamanı vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Eyni zamanda, qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.



Facebook-da paylaş