• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir ki, bu, bütün sahələrdə hiss olunur. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. 

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.


İyulun 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri Azadlıq küçəsi ev 99 ünvanında yaşayan Məmmədova Ziba Məhəmməd qızının yaşadığı evə kanalizasiya xəttinin çəkilməsi barədə müraciəti ilə əlaqədar yerində baxış keçirib. İcra aparatının məsul işçilərinin, 8 nömrəli Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədovun və 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun iştirakı ilə yerində baxış keçirən rayon rəhbərliyi vətəndaşın müraciətinin müsbət həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıq verib.

Vətəndaş Z.Məmmədova göstərilən qayğıya, eləcə də etdiyi müraciətə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.



Facebook-da paylaş