Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar
Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Onu da qeyd edək ki, vətəndaş mımnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.
Keçirilən qəbullardan sonra rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
2024-cü ilin yanvar-mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 12 səyyar görüşü, inzibati binada 28 qəbulu (17-si fərdi, 11-i ümumi şəkildə olmaqla) təşkil olunub. Ümumi qəbulda 88 nəfərin, fərdi qəbulda 38 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Cari ilin 3 ayı ərzində fərdi və ümumi qəbula gələn 126 nəfər tərəfindən 128 məsələ qaldırılmışdır. Fərdi və ümumi qəbulda səslənən müraciətlərdən 27-si həll edilmiş, 60-na qanunamüvafiq cavab verilmiş, 34-ü icraata götürülmüş, 5-i barədə aidiyyəti üzrə müraciət olunmuşdur. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir.
Yanvar-mart aylarında icra başçısının rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı kəndləri üzrə 1423 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 32 müraciət qeydə alınıb. Həmin müraciətlərdən 2-si həll olunmuş, 9-u icraata götürülmüş, 21-i ilə əlaqədar aidiyyəti üzrə müraciət edilmişdir.
Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət ediblər.
Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlərin həyata keçirilməsi və Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verilib.
Fərdi şəkildə keçirilmiş qəbuldan
Ümumi şəkildə keçirilmiş qəbuldan
Xanlıqlar kəndində keçirilmiş səyyar qəbuldan
Kəmərli kəndində keçirilmiş səyyar qəbuldan
Qaymaqlı kəndində keçirilmiş səyyar qəbuldan
Yuxarı Salahlı kəndində keçirilmiş səyyar qəbuldan
Qazaxbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Bala Cəfərli kəndində keçirilmiş səyyar qəbuldan
Dəmirçilər kəndində keçirilmiş səyyar qəbuldan
Daş Salahlı kəndində keçirilmiş səyyar qəbuldan
Ağköynək kəndində keçirilmiş səyyar qəbuldan
Aslanbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Bala Çaylı kəndində keçirilmiş səyyar qəbuldan
Aşağı Salahlı kəndində keçirilmiş səyyar qəbuldan
Facebook-da paylaş