• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, ölkəmizin bütün uğurları Sizin adınızla bağlıdır”


Elvira Əfəndiyeva, 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir.

Ölkəmizin bütün uğurları Sizin adınızla bağlıdır. Hər kəsə və hamıya göstərdiyiniz qayğı və himayədarlıq Sizə hər liderə nəsib olmayan ümumxalq rəğbəti qazandırıb. Buna görə də xalq Sizi təkrar-təkrar özünə lider seçib, gələcəyə Sizinlə addımlamaq istəyir, ətrafınızda sıx birləşib.

Möhtərəm Prezident, Sizi Prezident seşkilərindəki parlaq qələbəniz münasibətilə rayonumuzun sakinləri adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Tanrı Sizi qorusun!

Dərin ehtiramla,

Əfəndiyeva Elvira

Azərbaycan Respublikası, Qazax rayonu

https://president.az/az/articles/view/64316 



Facebook-da paylaş