• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Vətən müharibəsində qazandığımız şanlı Qələbənin sevincini və qürurunu hələ də yaşayırıq”


Sənan Xəlilovdan, 

Möhtərəm cənab Prezident,

Vətən müharibəsində qazandığımız şanlı Qələbənin, inkişaf edən ölkəmizin əmin-amanlığının sevincini və qürurunu hələ də yaşayırıq.

Ölkəmizin hər tərəfində gedən abadlıq, quruculuq, yenidənqurma işləri bizim rayonumuzda da həyata keçirilir. Sizin xüsusi diqqətiniz sayəsində rayonumuz özünəməxsus inkişaf yolu keçmişdir. Kəndlərimizin qaz, işıq, yol infrastrukturunun yenidən qurulması, yaşayış şəraitimizin yaxşılaşdırılması üçün gördüyünüz böyük işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, doğma Qazaxımıza ayırdığınız diqqətə və burada həyata keçirilən işlərə görə Sizə təşəkkür edirik.

Həyatınız daim firavan, ömrünüz uzun olsun!

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

2 fevral 2024-cü il

https://president.az/az/articles/view/63496 



Facebook-da paylaş