Vətəndaş məktubundan: “Cənab Prezident, hər zaman yanınızdayıq”
Yusif Yusifovdan,
Hörmətli cənab Prezident,
Sizin komandanlığınızla Şanlı Azərbaycan Ordusu Qarabağı erməni işğalçılarından təmizləyərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hər bir azərbaycanlı öz qəlbində Sizi Azərbaycan xalqının Milli Qəhrəmanı hesab edir. Düzgün düşünülmüş, məqsədyönlü daxili və xarici siyasətiniz sayəsində Azərbaycan regionun lider ölkəsinə çevrilmiş, dünyanın siyasi səhnəsində nüfuz sahibi olmuşdur.
Cənab Prezident, bu gün bütün bölgələrimiz kimi, Qazax rayonu da inkişaf edir, səliqə-sahman və abadlıq işləri göz oxşayır. Rayon sakinlərində qurmaq, yaratmaq əhval-ruhiyyəsinin coşqun hal alması dövlətə, dövlətçiliyimizə olan sonsuz sədaqəti daha da möhkəmləndirir.
Sizin birbaşa tapşırığınızla dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğı çox böyük minnətdarlıqla qarşılanır. Bütün bunlar Sizin müdrik, qayğıkeş Lider olduğunuzun bariz nümunəsidir.
Cənab Prezident, biz təqaüdçülər 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində həmişə olduğu kimi, yenə Sizə səs verəcəyik. Hər zaman yanınızdayıq.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Qazax rayonunun bir qrup təqaüdçüsü adından
Yusif Yusifov,
təqaüdçü.
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş