• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin oktyabr ayında kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

Bu günə kimi, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Məhəmməd Əmin Rəsulzadə küçəsi, Aslan Kəmərli küçəsi, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Kəmərli kəndləri üzrə 36 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

2023-cü ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Orta Salahlı kəndi

Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin inzibati binasının ərazisi

05.10.2023

2

Aşağı Salahlı kəndi

Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəb

12.10.2023

3

Birinci Şıxlı kəndi

Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəb

19.10.2023

4

Hüseynbəyli kəndi

Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəb

26.10.2023

GOYEZEN.AZ



Facebook-da paylaş