• Təqvim

  • Maraq



Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Qazaxda dövlət qulluqçuları üçün növbəti təlim keçirilib


Respublika Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyinin artırılması) 1-3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilməkdədir. 

Sözügedən fəaliyyət istiqamətinin 2-ci bəndi dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi tədbirlərini özündə əks etdirir ki, bununla əlaqədar olaraq Mərkəz tərəfindən Bakıda və regionlarda yerləşən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 11-12-15 sentyabr 2023-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında təlimlər keçirilir. 

İkinci təlim sentyabrın 12-də “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında olub. 


Təlim Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova və Sektorun məsləhətçisi Mirzağa Yaqubzadə tərəfindən keçirilib.  

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətindən söz açan müavin iştirakçılara uğurlar arzulayıb.

 

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Ü.Bədəlova “Dövlət qulluğu nədir?”, “Dövlət qulluqçusu kimdir?”, “Dövlət orqanı nədir?”, “Dövlət orqanlarının kateqoriyaları”, “Dövlət orqanlarında vəzifələr”, “Dövlət qulluğu vəzifələrinin təsnifatları”, “Dövlət qulluğuna qəbul edilmək hüququ”, “Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz”, “İnzibati vəzifələrin tutulması”, “Vəzifəyə təyinat”, “Ehtiyat kadrlar”, “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi”, “Dövlət qulluqçusunun ixtisas dərəcəsi”, “İxtisas dərəcələrinin verilməsi”, “Dövlət qulluqçusunun əsas vəzifələri”, “Dövlət qulluqçusunun əsas hüquqları”, “Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər”, “Dövlət qulluqçusu üçün təminatlar”, “Dövlət qulluqçusunun mükafatlandırılması”, “Dövlət qulluqçusunun intizam məsuliyyəti”, “Dövlət qulluğuna xitam verilməsi” mövzuları haqqında əhatəli, doğlun məlumatlar verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 



Facebook-da paylaş