• Təqvim

  • Maraq



KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar


Qazax rayonunda istehsal müəssisəsinin və satış mərkəzinin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarlarla biznes ehtityaclarına dair fikir mübadiləsi aparıblar.

Qazax rayonuna səfər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, digər əməkdaşlar Ağköynək kəndində yerləşən “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin fəaliyyəti ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. 

Məlumat üçün qeyd edək ki, sözügedən müəssisə meyvə-tərəvəzin qablaşdırılmasında istifadə olunan plastik yeşiklərin istehsalı və plastik tullantıların emalı sahələrindən, istixana təsərrüfatından ibarətdir. 2020-ci ildə fəaliyyətə başlayan müəssisədə 15 daimi işçi çalışır. Müəssisə ildə 600 min ədəd yeşik istehsal etmək gücündədir.

KOBİA nümayəndələri həmçinin, elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan “Abu-Life Group” satış mərkəzinin fəaliyyəti ilə də tanış olublar. 



Facebook-da paylaş