• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə doğma Qarabağımızda həyata keçirilən bərpa-quruculuq işləri bizi çox sevindirir və qürurlandırır”


Səməd Fərruxovdan, 

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Siz müdrik siyasi xadim, mahir sərkərdə olaraq 30 il işğal altında qalmış torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdiniz və Qarabağ həsrətimizə son qoydunuz. Bununla şəhidlərimizin ruhunu şad etdiniz, illərdir doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan neçə-neçə soydaşımızın arzusunu reallaşdırdınız.

Cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə doğma Qarabağımızda həyata keçirilən bərpa-quruculuq işləri bizi çox sevindirir və qürurlandırır. Eyni zamanda, digər bölgələrimiz də inkişaf gedir. Qazax rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Qazax rayonunun sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!

Hörmətlə,

Fərruxov Səməd, Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi.

https://president.az/az/articles/view/59503



Facebook-da paylaş