• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin mart ayında şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə 2022-ci ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

Bu günə kimi, həftədə 1 dəfə olmaqla, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı kəndləri üzrə 8 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

2023-cü ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Daş Salahlı kəndi 

Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb

02.03.2023

2

Qazax şəhəri 

Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi 

09.03.2023

3

Aşağı Salahlı kəndi

Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəb

16.03.2023

4

Qazax şəhəri

Qazax şəhəri Hüseyn Arif küçəsi, hərbi şəhərcik

27.03.2023

Qeyd: Məlumat üçün bildirək ki, 2022-ci ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı, Abbasbəyli, Bala Cəfərli, Qazaxbəyli, Bala Çaylı, Fərəhli, Məzəm kəndləri, şəhərin Bakı küçəsində yaşayan 1,2,2A saylı, N.Nərimanov qəsəbəsində 49,1,2,3 saylı, Ə.Şıxlinski küçəsində 4,5 saylı binaların sakinləri olmaqla, ümumilikdə 42 səyyar qəbul keçirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş