• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı sərhəd kəndi Məzəmdə sakinlərin qayğıları ilə maraqlanıb


Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi hər bir dövlət məmuru üçün örnək, ən əsası da gələcək fəaliyyətində yol xəritəsi olmalıdır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları bir daha onu sübut edir ki, həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır. 

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, məcburi köçkün ailələri ilə yanaşı, sərhəddə yaşayan sakinlərə də daim qayğı ilə yanaşılır. Rayon rəhbəri mütəmadi olaraq sərhəddə yerləşən kəndlərdə olur, sakinlərlə görüşərək onları hər zaman diqqət mərkəzində saxlayır. 

Noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sərhəd kəndi Məzəmdə olub. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri dövlətin, ölkə başçısının hər zaman onların yanında olduğunu diqqətə çatdırıb. Bu cür görüşlərin arxasında dövlətin vətəndaşına olan qayğısının dayandığını söyləyib. Rayon rəhbəri Məzəm kəndində sakinlərin elektrik sayğaclarının abonent kodlarında yaranmış köhnə borcların araşdırılması məsələsinə toxunaraq bu məsələnin nəzarətdə saxlanıldığını, həlli üçün lazımi addımların atıldığını qeyd edib. 

Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş