• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Vətəndaş məmnunluğunun təmin olunması, vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Ən əsası da ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir.

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib. 

Qazax şəhər sakini Pirməmmədova Təbriz Süleyman qızının, Aşağı Salahlı kənd sakini, III dərəcəli Vətən müharibəsi əlili Yusubov Famil Kamil oğlunun müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səsləndirdikləri məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş