• Təqvim

  • Unutma

  • Maraq



Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib

Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublikamızda elə bir bölgə yoxdur ki, orada ən müasir idman qurğuları olmasın və idman inkişaf etməsin. Məhz bunun nəticəsidir ki, ən mötəbər yarışlarda, ölkə birinciliklərində paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan gənclər də iştirak edərək Azərbaycan bayrağını yüksəldir, dövlət himnimizi səsləndirirlər. Bu qələbələrdə qazaxlı idmançıların da payı az deyildir.

2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında ağır atletika üzrə keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının final yarışlarında Qazax rayonundan da idmançılar iştirak edərək layiqli yerlər tutublar. Belə ki, 2-6 oktyabr 2017-ci il tarixlərdə Xaçmaz şəhər Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan qazaxlı atletlər komanda olaraq böyük uğura imza atıblar.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib olmuş idmançılarla görüşüb. İcra Hakimiyyətində keçirilən görüşdə idmançılar, məşqçi müəllimlər, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qazanılan qələbə münasibətilə idmançıları və bütün idmansevərləri təbrik edib. Qeyd edib ki, əldə edilən hər bir uğuru Azərbaycanda aparılan düşünülmüş siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Bu gün qazanılan bu qələbə bütün qazaxlı idmançıların uğurudur.

Sonra rayon rəhbərliyi qalib gəlmiş idmançıların əldə etdikləri nəticələrlə maraqlanıb və onların yarış təəssüratlarını dinləyib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək yarışın keçirilməsi və gedişi barədə rayon rəhbərliyinə məlumat verib.

İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin baş məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi Nizami Qasımov, idman ustası, respublikanın əməkdar məşqçisi Rəayət Abdalov çıxış edərək idmana və idmançılara göstərdiyi dəstəyə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onları qəbul etdiyinə və qayğı ilə yanaşdığına görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.

Qalib adını qazanmış idmançılardan Aişə Əliyeva, Firat Məmmədov, Ravil Alməmmədov, Qasım İsmayılov, Abdulmətin İsmayılov, Arif Mustafazadə. Səbuhi Orucov, Mübariz Yerevanlı çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançılarla xatirə şəkli çəkdirib.

Elçin İSMAYIL

Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib
Respublika birinciliyinin qalibləri ilə görüş keçirilib


Facebook-da paylaş