• Təqvim

  • Maraq



Qazaxda icra başçısı sərhəddə hərbçilərlə görüşüb


Sentyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə sərhəddə hərbçilərlə görüşüb.

Hərbçilərimizlə görüşən icra başçısı 44 günlük Vətən müharibəsindən söz açıb, həmin döyüşlərdə Azərbaycan Ordusunun şanlı tarix yazdığını, hərbçilərimizin istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu bildirib. Bu gün xalq olaraq qazandığımız tarixi Qələbənin müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. 

Hərbçilərimizlə səmimi söhbət edən icra başçısı bu gün hər birimizin onlarla fəxr etdiyimizi qeyd edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

GOYEZEN.AZ



Facebook-da paylaş