• Təqvim

  • Maraq



Sərhəd kəndi Fərəhlidə uşaqlar üçün nəzərdə tutulan oyun meydançasının bərpasına başlanılıb


Ötən yazımızda iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi barədə məlumat vermişdik.

Gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilərək park kimi əhalinin, xüsusilə də uşaqların istifadəsinə verilməsi təşəbbüsünün elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanması, iyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərlə birlikdə Fərəhli kəndində olması, sözügedən oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanması barədə qeyd etmişdik. 

Artıq gənclərin irəli sürdükləri təşəbbüs reallaşmaqdadır. Artıq bir neçə gündür ki, uşaqlar üçün yaradılacaq oyun meydançasında işlərə başlanılıb. Hazırda oyun meydançası üçün nəzərdə tutulan ərazinin ətrafına metal dayaqlar basdırılaraq metal tor çəkilir. 

Fəaliyyətə başladığı ilk gündən gənclərə daim diqqət və qayğı göstərən rayon rəhbərinin gənclərin bu təşəbbüsünü reallaşdırması, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə etməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. 

Onu da qeyd edək ki, kənd sakinləri də uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını bildirirlər. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkür edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş