• Təqvim

  • Maraq



Həftə ərzində müraciət etmiş vətəndaşlar ümumi şəkildə qəbul ediliblər


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə vətəndaşlara göstərilən qayğı hər bir dövlət məmuruna örnəkdir. Dövlət siyasətinin əsasında dayanan vətəndaş amili, vətəndaş məmnunluğu bütün sahələrdə əsas götürülməlidir.  

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 11 nəfər vətəndaşın istəyi iyulun 15-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Bizim vəzifəmiz vətəndaşlara xidmət göstərməkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun vəzifə borcu olduğunu qeyd edib. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.  

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 


Sonra Qazax şəhər sakinləri Tağıyev Samir Mahir oğlunun, Piriyev İlham Göyüş oğlunun, Mustafayeva Dilbər Mehti qızının, Balaməmmədov Rüfət Məmməd oğlunun, Birinci Şıxlı kənd sakini Vəliyev Fazail Rəşid oğlunun, Çaylı kənd sakini Tağıyev Rəfail Bəhrəm oğlunun, Dəmirçilər kənd sakini Babayeva Gülzar Hacı qızının, Yuxarı Salahlı kənd sakini Mehtiyeva Naibə Cavaddin qızının, İkinci Şıxlı kənd sakini Əliyeva Leyla Səyad qızının, Quşçu Ayrım kənd sakini Kərimova Dürdanə Oruc qızının, Kəmərli kənd sakini Osmanov Orxan Yaqub oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. 

Vətəndaşların həyətyanı torpaq sahəsi ilə təmin edilmə, evinin həyətindən işıq dirəyinin yerinin dəyişdirilməsi, sığınacaqla təmin edilmə, torpaq sahəsinin sənədləşməsində köməklik göstərilməsi, eləcə də digər məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş