• Təqvim

  • Unutma

  • Maraq



Millət vəkili Ülviyyə Ağayeva Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin məzunlarını təbrik edib

İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun ümumtəhsil məktəblərində də "Son zəng” çalınıb.

Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin məzunları da 2021-2022-ci tədris ilinin başa çatmasını, əlamətdar günü böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.

Məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbədə yerləşən məktəbdə təşkil olunan "Son zəng” tədbirində ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli iştirak edərək məzunlara təbriklərini çatdırıblar.

"Şuşa İli”ndə məktəbi bitirən məzunlar Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi də unutmayıblar. Məktəblilər qonaqlarla birlikdə şəhərdəki şəhidlər qəbiristanlığında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla anıblar.

Məktəbdə davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.





Qazax rayon İslam Nəsibov Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bu gün məzunları təbrikə gəldiklərinə görə qonaqlara rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məzunları əziz gün münasibətilə təbrik edən məktəb direktoru onlara yenicə qədəm qoyduqları gələcək həyatlarında uğurlar arzulayıb. 2021-2022-ci tədris ilində məktəbin göstəriciləri barədə məlumat verən direktor məktəbdə 178 nəfər şagirdin təhsil aldığını bildirib. Onlardan 18 nəfərin 1-ci sinifdə, 15 nəfəri 9-cu sinifdə, 10 nəfəri isə 11-ci sinifdə təhsil aldığını qeyd edib. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 30 nəfər pedaqoji heyətin, 13 nəfər texniki heyətin məşğul olduğunu söyləyib. Məktəb direktoru sonda bir daha məzunları təbrik edərək harda olmalarından asılı olmayaraq hər zaman uğur qazanmalarını arzulayıb, kollektiv olaraq uğurlarına baxıb sevinəcəklərini qeyd edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək rayon rəhbərliyinin adından əlamətdar gün münasibətilə məzunları təbrik edib, xoş arzularını çatdırıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən qayğının Qazaxda da hər zaman hiss olunduğunu qeyd edib. Rayon rəhbərliyinin təhsil sahəsinə, hər bir məktəbə olan qayğısını ölkə Prezidentinin diqqəti kimi dəyərləndirib.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini, müəllimləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Məzunları tarixi gün münasibətilə təbrik edən millət vəkili onlara gələcək işlərində, atdıqları addımlarda uğurlar arzulayıb.

Daha sonra məzunların bir-birindən maraqlı çıxışları ilə davam edən "Son zəng” tədbiri xoş anlarla yaddaşlara yazılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş