Millət vəkili Ülviyyə Ağayeva qazaxlı seçiciləri ilə növbəti onlayn görüşünü keçirib
Bu gün Azərbaycan Respublikası Milli
Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə
Ağayeva Pandemiya ilə əlaqədar olaraq qazaxlı seçiciləri ilə növbəti onlayn görüşünü keçirib. Bugünkü
görüş Ağköynək, Qarapapaq, Çaylı və Bala Cəfərli kənd sakinləri ilə olub. Ölkəmizdə
yaşanan hazırki vəziyyətlə əlaqədar seçiciləri ilə onlayn şəkildə görüşən millət vəkili bu cür görüşlərin kökündə vətəndaş məmnunluğunun
dayandığını bildirib. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın vətəndaşlara olan dövlət qayğısından söz açan millət vəkili
bugünkü görüşün də həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın iştirakı ilə keçirilən bu onlayn görüşdə də vətəndaşları narahat edən problemlər dinlənilib,
qayğılarla maraqlanılıb. Millət vəkili irəli sürülən məsələlərin
həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət
edəcəyini qeyd edib. Bu cür görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil
ediləcəyini qeyd edən millət vəkili bu barədə öncədən əlavə məlumatın
veriləcəyini bildirib. Dövlətin və dövlət başçısının, eləcə də rayon
rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirən sakinlər
onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə
təşəkkür ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş