Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Ülviyyə Ağayeva qazaxlı seçiciləri ilə növbəti onlayn görüşünü keçirib

Millət vəkili Ülviyyə Ağayeva qazaxlı seçiciləri ilə növbəti onlayn görüşünü keçirib


10-09-2020, 22:58


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva Pandemiya ilə əlaqədar olaraq qazaxlı seçiciləri ilə növbəti onlayn görüşünü keçirib. Bugünkü görüş Ağköynək, Qarapapaq, Çaylı Bala Cəfərli kənd sakinləri ilə olub.

Ölkəmizdə yaşanan hazırki vəziyyətlə əlaqədar seçiciləri ilə onlayn şəkildə görüşən millət vəkili bu cür görüşlərin kökündə vətəndaş məmnunluğunun dayandığını bildirib. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan dövlət qayğısından söz açan millət vəkili bugünkü görüşün də həmin qayğının davamı olduğunu diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın iştirakı ilə keçirilən bu onlayn görüşdə də vətəndaşları narahat edən problemlər dinlənilib, qayğılarla maraqlanılıb. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini qeyd edib.

Bu cür görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini qeyd edən millət vəkili bu barədə öncədən əlavə məlumatın veriləcəyini bildirib.

Dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirən sakinlər onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

GOYEZEN.AZ

 


Geri qayıt