Milli Məclisin deputatı Ülviyyə Ağayeva tərəfindən Qazaxda Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb
Azərbaycan Respublikası Milli Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva Novruz bayramı münasibətilə Qazaxda növbəti dəfə qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə diqqət ayırıb. Fəaliyyəti dövründə hər zaman vətəndaşların yanında olan Ülviyyə Ağayeva bayram günlərində də onların yanında olduğunu bir daha nümayiş etdirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva Novruz bayramı münasibətilə rayonun Çaylı, Xanlıqlar, Qarapapaq, Cəfərli və Bala Cəfərli kəndlərində olub, 20 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı çatdırıblar.
Millət vəkilinin Novruz bayramı münasibətilə səmimi təbriklərini çatdıraraq ölkəmizdə dövlət tərəfindən vətəndaşlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər. Ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışını hər zaman əldə rəhbər tutan deputat Ülviyyə Ağayeva nümunəvi addımı ilə bir daha sübut edib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və bundan sonra da olacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş