İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin məzunlarını təbrik ediblər
Respublikamızın hər yerində qeyd olunan 14 İyun -
"Son zəng” günü Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə də
yüksək səviyyədə təşkil olunub. İstər müəllimlər, istərsə də şagirdlər 2021-2022-ci
tədris ilinin başa çatmasını böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə
qeyd ediblər. "Şuşa İli”ndə məktəbi bitirən məzunları "Son
zəng” müasibətilə təbrik etmək üçün 2 nömrəli məktəbə gələn Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovu, icra aparatının məsul şəxslərini, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu və köməkçisi Akif Əmirovu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin
müdiri Arslan Hacıyevi və müdir
müavini Nizaməddin Babanlını məktəblilər alqışlarla qarşılayıblar.
Tədbirin aparıcısı, 2006-cı ildə məktəbin
məzunu olmuş, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca "Şuşa İli”nin
birincilərini və məzunlarını təbrik edərək xoş arzularını çatdırıb, tədbiri
açıq elan edib. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü,
torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub. Qazax şəhər
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək tədbir iştirakçılarını və
qonaqları salamlayıb, bu gün məzunları təbrikə gəldiklərinə görə qonaqlara rəhbərlik
etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məzunları əziz gün münasibətilə
təbrik edən M.Mustafayev onlara yenicə qədəm qoyduqları gələcək həyatlarında
uğurlar arzulayıb. 2021-2022-ci tədris ilində məktəbin göstəriciləri barədə məlumat
verən direktor məktəbdə 959 nəfər şagirdin təhsil aldığını bildirib. Həmin
şagirdlərin təlim-tərbiyəsi ilə 83 nəfər pedaqoji heyətin, 28 nəfər texniki heyətin məşğul
olduğunu qeyd edib. Məktəb direktoru artıq 3 ildir ki, yüksək səviyyədə təmir
olunmuş məktəbdə şagirdlərə elmin sirlərini öyrətdiklərini bildirib. Müəllim və
şagirdlər üçün yaradılan şəraitə görə Ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, hər zaman onlara olan səmimi münasibətə görə
rayon rəhbərliyinə məktəbin kollektivi adından təşəkkürünü çatdırıb. Belə təmirli
məktəbdə onlara olan etimadı doğrultmaq üçün bundan sonra da böyük səylə
çalışacaqlarını söyləyib. Məktəb direktoru bu il 52
nəfər şagirdin məktəbi bitirərək məzun adını qazandığını qeyd edib. 2 sinif Azərbaycan,
1 sinif isə rus bölməsi üzrə məktəbi bitirdiyini vurğulayıb. Azərbaycan bölməsində
841 nəfər, rus bölməsində 118 nəfər şagirdin təhsil aldığını bildirib. 4 sinifdə
təhsil alan birincilərin sayının isə 94 nəfər olduğunu diqqətə çatdırıb. Məktəb
direktoru sonda bir daha məzunları təbrik edərək harda olmalarından asılı
olmayaraq hər zaman uğur qazanmalarını arzulayıb, kollektiv olaraq uğurlarına
baxıb sevinəcəklərini qeyd edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini,
müəllimləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı son illərQazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam
orta məktəbin ali məktəblərə qəbulun göstəricisinə görə hər zaman rayon
məktəbləri arasında seçildiyini bildirib. 44 günlük Vətən müharibəsində tarixi
Qələbə qazanan dövlətin gəncliyi kimi, "Şuşa İli”nin məzunları olaraq məktəbi
bitirməyin builki məktəblilər üçün ikiqat bayram olduğunu qeyd edən icra
başçısı bu anı onlara bəxş edən ölkə başçısına minnətdarlığını bildirib. Məzunları
tarixi gün münasibətilə bir daha təbrik edən rayon rəhbəri onlara gələcək işlərində,
atdıqları addımlarda uğurlar arzulayıb. Harda olmalarından, hansı ali təhsil
ocağında təhsil almalarından asılı olmayaraq hər zaman Qazaxın adını uca
tutmalarını tövsiyə edib. Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edib, xoş arzularını
çatdırıb. Millət vəkili bu gün rayon rəhbərliyinin təhsil sahəsinə, hər bir məktəbə
olan diqqətini dövlətin, ölkə Prezidentinin diqqəti kimi dəyərləndirib. Ölkəmizin
sağlam cəmiyyətinin formalaşması üçün sağlam gəncliyə böyük ehtiyac olduğunu
qeyd edən millət vəkili dövlətimizin bu cür gənclərin yetişməsi üçün bütün
imkanları səfərbər etdiyini qeyd edib. Prezident İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən qayğının təməlində
məhz sağlam gəncliyin formalaşdırılmasının dayandığını söyləyib. "Biz sizin
kimi gənclərlə fəxr edirik. Sabahımızın qarantı siz gənclərsiniz”, - deyən millət
vəkili məzunları bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar
arzulayıb. Qazax-Tovuz Regional Təhsil
İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək
məzunları, məktəbin pedaqoji kollektivini, valideynləri əlamətdar gün münasibətilə
təbrik edib. A.Hacıyev dahi Səməd Vurğunun adını daşıyan məktəbin uğurlarına nəzər
yetirərkən onun adını layiqincə doğrultduqlarını qeyd edib. İdarə müdiri gəncləri,
məktəbi bitirən məzunları ölkə başçısının, Birinci vitse-prezidentin onlara
olan qayğısından səmərəli istifadə etməyi, daim o qayğını əməli işləri ilə
doğrultmalarını tövsiyə edərək bu yolda onlara uğurlar arzulayıb. Qazax-Tovuz Regional Təhsil
İdarəsinin müdir müavini Nizaməddin
Babanlı çıxış edərək məzunlara təbriklərini çatdırıb,
gələcək həyat yollarında hər zaman uğur qazanmalarını, layiqli yerlərini
tutmalarını diləyərək uğurlar arzu edib.
Qazax şəhər Səməd Vurğun
adına 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elgülnara Əmiraslanova çıxış edərək qonaqları salamlayıb, məzunların xoş
günündə onları təbrikə gəldikləri üçün onlara təşəkkürünü çatdırıb. "Bu gün məktəblərdə
çalınan "Son zəng” məzunlarımızı gələcəyə səsləyir. Onların qarşısında böyük
üfüqlər açılır. Əziz məzunlar harda olursunuzsa olun, Qazaxımızın adını daim uca
edin, qazaxlı gənclər olaraq bu diyarın fəxri olun”, - deyən. E.Əmiraslanova bu
yolda onlara uğurlar arzulayıb.
Öz adından və məzun yoldaşlarının adından
çıxış edən məktəbin 11a sinif şagirdi Gülçin İsmayılova qonaqları salamlayıb,
onları təbrikə gəldiklərinə görə razılığını ifadə edib. G.İsmayılova onlara
sülh şəraitində, sakit, firavan yaşamaq həyatı bəxş edən Prezident İlham Əliyevə
və Vətəni uğrunda canından keçən şəhidlərimizə məzun yoldaşları adından minnətdarlığını
bildirib. Məktəb illərini, ilk dəfə məktəbə qədəm qoyduğu günü xoş xatirlərlə
xatırlayan G.İsmayılova doğma məktəbindən ayrıldığı üçün kədərləndiyini, lakin
onu qarşıda yeni bir gələcəyin gözlədiyini düşünərkən qürurlandığını qeyd edib.
11 illik məktəb həyatında onlara bilik, savad verən, elm öyrədən müəllimlərinə,
məktəb direktoru Murğuz Mustafayevə, ibtidai sinif müəllimi Xalidə Qocayevaya, sinif
rəhbəri Şəfaqət Əhmədovaya sinif yoldaşları adından minnətdarlığını bildirib.
Müəllimlərindən aldıqları bilik sayəsində oxuduqları məktəbin adını hər zaman uca
tutacaqlarını söyləyib. Daha sonra məzunların bir-birindən maraqlı
çıxışları təqdim olunub. "Son zəng” tədbiri xoş əhval-ruhiyyə ilə davam edib.
GOYEZEN.AZ
Facebook-da paylaş