Millət vəkili Səməd Seyidov bir qrup seçicisi ilə onlayn formatda görüşüb
İyunun 18-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ona müraciət etmiş bir qrup seçicisi ilə onlayn formatda görüşüb.
Qazax Rayon Heydər Əliyev Mərkəzində ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət olunmaq şərtilə vətəndaşların videoqəbulu təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, şöbənin baş məsləhətçisi Gülnar Quluyevanın və millət vəkilinin köməkçisi Akif Əmirovun iştirakı ilə baş tutan onlayn görüşdə vətəndaşların qayğıları dinlənilib.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili istər səyyar, istərsə də onlayn formatda təşkil olunmuş bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib, bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini bildirib. Qeyd edib ki, hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın. Millət vəkili məlum pandemiya səbəbindən yerlərdə görüşün mümkün olmadığını söyləyib. Onlayn formada olsa belə vətəndaşları dinləməyi, qayğıları ilə maraqlanmağı özünə borc bildiyini vurğulayıb.
Daha sonra millət vəkili Səməd Seyidov seçicilərin müraciətləri ilə tanış olub, onları diqqətlə dinləyərək irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyatı orqanlara müraciət edəcəyini bildirib. Qaldırılan bəzi məsələlərin araşdırılmasını bildirərək köməkçisi Akif Əmirova aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş