• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb


107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov növbəti dəfə seçiciləri ilə görüşüb.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun iyunun 13-də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda və şəhərin Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı binalarda yaşayan, iyunun 14-də şəhərin Səməd Vurğun küçəsində yaşayan sakinlərlə olan görüşləri vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da iştirak etdiyi görüşdə dövlətimiz, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən sakinlərə göstərilən dövlət qayğısından söz açılaraq həmin qayğının hər bir dövlət məmuru üçün örnək və nümunə olduğu qeyd edilib.

Sakinləri 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edən millət vəkili tarixi günün əhəmiyyətindən söz açıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın bugünkü firavan həyatını təmin etdiyini bildirib. Bu gün qalib xalqa çevrilmişiksə, Qarabağı azad etmişiksə, bayrağımızı Şuşada yüksəltmişiksə, bunun kökündə Ulu Öndər fəlsəfəsinin məntiqi nəticəsinin dayandığını vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyevin dəmir yumruğunun, iradə və zəkasının sayəsində tarixi Qələbə əldə etdiyimizi qeyd edib.

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. "Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın. Əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşı dövlətdən razı salmaqdır. Millət vəkili olaraq hər zaman sizin yanınızdayıq. Tez-tez görüşə bilməsək də əsas məqsədimiz dövlətin qayğısını sizə olduğu kimi çatdırmaqdır. Mən də özümə borc bildim ki, sizlərlə görüşüm”, - deyən millət vəkili bu cür görüşlərin bu amala xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində bir yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb.

Millət vəkili regionların sosial-iqtisadi inkişafı dövlət proqramının Qazaxda uğurla icra olunmasını, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri ölkə başçısının və rayon rəhbərliyinin vətəndaşlara olan qayğısı kimi qiymətləndirib.

Sakinlər son illər rayonda, eləcə də yaşadıqları küçədə, binaların həyətlərində görülən işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğını rayon rəhbərliyi tərəfindən bütün sahələrdə hiss etdiklərini dilə gətiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə razılıqlarını bildirən sakinlər bugünkü görüşü vətəndaşlara olan növbəti dövlət qayğısı kimi dəyərləndiriblər.

Görüş zamanı millət vəkili Səməd Seyidov və rayon rəhbərliyi qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını bildiriblər. Edilən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 

Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda şəhər sakinləri ilə görüş












Ələddin Qədirov küçəsində 2,3,4 saylı binaların sakinləri ilə görüş

 




Səməd Vurğun küçəsində şəhər sakinləri ilə görüş

 

GOYEZEN.AZ



Facebook-da paylaş