İcra başçısı vətəndaşların müraciətini dinləyib
Prezident İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili
təşkil edir ki, bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı
verilən tapşırıq və tövsiyələrdə real şəkildə əksini tapır. Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili
Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk
gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və
qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən
görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların
yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi
şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət
edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən
hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba,
görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup
vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib. Çaylı kənd sakinləri Xasayeva Günel
Nizami qızının, Qocayev Məmməd Abdurəhim oğlunun, Kosalar kənd sakinləri Əliyev
Kərim Əkbər oğlunun, Oruczadə Məhəmməd Valeh oğlunun, Birinci Şıxlı kənd sakini
Mikayılov Xanoğlan Əhməd oğlunun, Qazax şəhər sakinləri Nəsibov Məhəmmədəli
Fikrət oğlunun, Xasayeva Arifə Eldar qızının, Orta Salahlı kənd sakini Nəzərov
Turac Məmmədalı oğlunun, Aslanbəyli kənd sakini Pirməmmədov Turac Dilqəm oğlunun,
Yuxarı Əskipara kənd sakini Həsənov Ülfət Viktor oğlunun, Ağköynək kənd sakini Mürşüdov
Tural Müştab oğlunun müraciətləri dinlənilib.
Vətəndaşların işlə təmin edilməsində, əlillik dərəcəsinin
bərpa edilməsində və həyətyanı torpaq sahəsi ilə təmin edilməsində, evlərinin
telefon və internet xətti ilə təmin edilməsində, özünüməşğulluq proqramına cəlb
edilməsində köməklik olunması, eləcə də müxtəlif səpkili müraciətləri müvafiq olaraq
cavablandırılıb.
Facebook-da paylaş