• Təqvim

  • Maraq



Vətəndaşların müraciətləri həll olunub

Vətəndaşların müraciətləri həll olunub
Fəaliyyətə başladığı ilk gündən Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman vətəndaşların müraciətlərinə diqqətlə yanaşır. Ona müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü onların görüşünə gedir.

Rayon rəhbəri iyulun 10-da şəhərin Bakı küçəsi, döngə 1 ünvanında yaşayan bir qrup sakinin yazdıqları məktuba əsasən qeyd olunan ünvanda olub, vətəndaşların müraciətini dinləyib, mövcud vəziyyətlə əlaqədar yerində baxış keçirmişdi.

Sakinlər onları narahat edən məsələlər haqqında rayon rəhbərinə məlumat verərək yaşadıqları küçənin işıqlanması, su arxının təmizlənməsi və s. barədə qayğılarını bildirmişdilər.

Vətəndaşları diqqətlə dinləyən İcra Başçısı qaldırılan hər bir məsələnin həlli istiqamətində aidiyyatı təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdi.

Bu gün İcra Başçısı Rəcəb Babaşov verilən tapşırıqların nəticəsi ilə bağlı yenidən həmin ünvanda olub, görülən işlərə baxış keçirib.

Rayon rəhbərinə məlumat verilib ki, qaldırılan hər bir məsələyə diqqətlə yanaşılıb. Belə ki, küçənin işıqlanması təmin edilib, su arxı təmizlənib. Sakinləri narahat edən yağış sularının axması üçün yaşadıqları küçədə suötürücü xətt yaradılıb.

Sakinlərdən Əntiqə Həsənova, Günel Qasımova və başqaları onların müraciətinə dərhal münasibət göstərdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, biz vətəndaşlar dövlət tərəfindən göstərilən diqqət və qayğını sizin sayənizdə hiss edirik və əməli işlərinizlə görürük.

Vətəndaşların müraciətləri həll olunub
Vətəndaşların müraciətləri həll olunub
Vətəndaşların müraciətləri həll olunub
Vətəndaşların müraciətləri həll olunub
Vətəndaşların müraciətləri həll olunub
Vətəndaşların müraciətləri həll olunub
GOYEZEN.AZ


Facebook-da paylaş