Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin sayənizdə bu gün vətəndaş amili ön plandadır”
Ülviyyə Salmanovadan,
Hörmətli cənab Prezident,
Sizin yüksək dünya görüşünüzə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə və dərin təfəkkürünüzə əsaslanan qərarlarınız ölkəmizin iqtisadi və siyasi cəhətdən inkişafına imkan verib. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunmağının və Qələbə qazanmağımızın səbəbi Sizin dərin düşünülmüş daxili və xarici siyasətinizdir.
Hörmətli cənab Prezident, mən vaxtilə Gəncə Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyini bitirmişəm. Elə həmin ildən Bakı Dövlət Universitetinin Qazax filialında işləməyə başlamışam. 1997-ci ildən 2011-ci ilə qədər laborant vəzifəsində işləmişəm. Bəzi səbəblərdən sonralar işsiz qaldım. Bu yaxınlarda işlə təmin olunmağım üçün müraciət etmişdim. Mənim xahişim nəzərə alınaraq əvvəllər işlədiyim Bakı Dövlət Universitetinin Qazax filialında kitabxanaçı təyin edildim və hazırda orada işləyirəm.
Hörmətli cənab Prezident, Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyir, Sizin xalqa olan hörmət və sevginizi alqışlayıram. Sizin sayənizdə bu gün vətəndaş amili ön plandadır, vətəndaşların problemləri diqqətlə dinlənilir və problemlərimin həlli yollunda addımlar atılır.
Ölkəmizin xarici görünüşü tamamilə dəyişilib. Bizim rayonda da belədir. Yeni salınan, əsaslı təmir olunan parklar, istirahət mərkəzləri, uşaq bağçaları bütün standartlara cavab verir. Yaxın və uzaq kəndlərin yollarına asfalt döşənib. Bu saydıqlarım camaatın məmnunluğunu artırır.
Hörmətli cənab Prezident, Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Salmanova Ülviyyə
Azərbaycan Respublikası, Qazax şəhəri.
22 aprel 2022-ci il
Facebook-da paylaş