• Təqvim

  • Maraq



Hərbi Prokurorluğun nümayəndələri Novruz bayramı münasibətilə hərbi hissələrdə olublar


Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbər vəzifəli şəxsləri, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və digər hərbi qurumların yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Qazaxda keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.  

Görüşlərdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurlardan, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, qüdrətli Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən bəhs olunub. Qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Eyni zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xüsusi vurğulanıb, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan xalqını, hərbçilərimizi, görüş iştirakçılarını milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Hərbçilərimizin ünvanına xoş sözlərini çatdıran rayon rəhbəri onlara bayram hədiyyəsi də təqdim edib.

GOYEZEN.AZ



Facebook-da paylaş