• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda icra başçısı Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Qoşunlarında xidmət edən bir qrup hərbi qulluqçunu Fəxri Fərmanla təltif edib


26 İyun - Silahlı Qüvvələr Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunub.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Qoşunlarında xidmət edən sərhədçilər də əlamətdar günü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.

İyunun 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sərhəd Qoşunlarının "N” saylı hərbi hissəsində olub, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbriklərini çatdırıb.


İcra başçısı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sərhədlərimizin keşiyində dayanan bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib.

Rayon rəhbəri Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs edib. İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini Prezident İlham Əliyev elə bir zirvəyə ucaldıb ki, bu gün Azərbaycan bütün dünyada nəinki güclü dövlət kimi tanınır, həm də artıq bizim gücümüzlə hamı hesablaşır.


44 günlük Vətən müharibəsindən söz açan icra başçısı qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir.

"İşğaldan azad olunmuş torpaqlarımızda, eləcə də digər sərhədlərimizin keşiyində dayanan sərhədçilərimizin də əməyi böyükdür”, - deyən icra başçısı çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.

Sonra 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə xidmətlərində yüksək nəticələr əldə etmiş "Qazax” Əlahiddə Sərhəd Diviziyasının bir qrup hərbi qulluqçusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.

Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri Müzəffər Pirizadə səmimi təbriklərə və onlara göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.





GOYEZEN.AZ



Facebook-da paylaş