Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib - VİDEO
Ermənistan ilə dövlət
sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas
xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun
yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə
cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində
tikilərək istifadəyə verilir. İyun ayının 28-də Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” sərhəd dəstəsinin xidməti
ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilmişdir. Bu
münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin
rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin
və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd
Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan
Respublikasının Prezidenti Silahlı, Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət
olduğunu bildirmiş, Ali Baş
Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün
hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət
şəraitinin yaradılmasını qeyd etmişdir. Ermənistan
ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin
Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin
bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanmış,
Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz
ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilmişdir. Tədbirdə
iştirak edən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov
sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulamışdır. Tədbir
zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir. Açılışı
bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. 5
hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kv.m sahədə inşaat işləri aparılmış, xidməti-döyüş
fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər
cür şərait yaradılmışdır. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri
üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların
kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil,
tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunmuşdur. Təntənəli
mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin,
rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi heyət qarşısında
çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirin
sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə
birlikdə nahar etmişlər. Səfər
çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş
fəaliyyətinin vəziyyəti yoxlanılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
Facebook-da paylaş