Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəstəsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilib -

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəstəsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilib -


29-06-2019, 14:35

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tiki­lərək istifadəyə verilir.

İyun ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” sər­həd dəstəsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilmişdir.  

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin dövlətçiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı, Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliy­yət­ olduğunu bildi­rmiş, Ali Baş Komandanın qayğısı sayə­sində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yara­dıl­ma­sını qeyd etmişdir.


Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­si istiqamətində mühüm addım olması xüsusi vurğu­lan­mış, Azərbay­can sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilmişdir.


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Ba­başov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzula­mış­dır. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif­lən­dirilmişdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kv.m sahədə inşaat işləri aparıl­mış, xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­mışdır. Yeni hərbi hissədə qərargah və ida­rəetmə böl­mələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mən­zil, tibb mən­təqəsi, tex­niki təyinatlı binalar, su anbarı inşa olunmuşdur.

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi he­yət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən bö­yük rəğbətlə qarşılan­mışdır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti yoxlanılmışdır.

 


















Dövlət Sərhəd Xidmətinin

Mətbuat Mərkəzinin Məlumatı


Geri qayıt